"Qarabağ"ın futbolçusu Marko Yankoviç Serbiyanın "Mozzart Sport" portalına müsahibə verib.
Offsideplus.az xəbər verir ki, monteneqrolu futbolçu Ağdam təmsilçisinin onu yığmasının oyununda kəşf etdiyini bildirib:
"Qarabağ" məni Marko Veşoviçin yığmadakı oyunlarını izləyən zaman kəşf edib".
O, Qurban Qurbanov barədə isə bunları deyib:
“Onun haqqında kitab yazmaq olar. Qurban Qurbanovun oyun fəlsəfəsini qəbul edənlər nəticə qazanır”.
Yankoviç gələcəyi ilə bağlı isə bunları söyləyib:
"Ən uzun dövrü bu klubda keçirmişəm. Əgər yaxşı təklif olarsa, klubun mənə anlayışla yanaşmasını istərdim".
Qeyd edək ki, M. Yankoviç 2022-ci ildən "Qarabağ"da çıxış edir. Onun "köhlən atlar"la müqaviləsi 2027-ci ilin yayına qədərdir.



