“Bunun möhtəşəm təcrübə olduğunu özümə deyəcəyim anı səbirsizliklə gözləyirəm”.
Offsideplus.az "Sky Sports"a istinadən xəbər verir ki, bunu "Totenhem"in baş məşqçisi Tomas Frank deyib.
Mütəxəssiz klubun keçirdiyi böhran dönəmi ilə bağlı fikirlərini bölüşüb:
"Düzü, hazırda etdiyim işi bəyənmirəm. Ancaq geriyə dönüb baxanda anlayıram ki, əhəmiyyətli dəyişikliklər dövründə belə fantastik klubda işləmək nə qədər şərəfdir. Mənə deyirlər ki, klub səkkiz rəhbər dəyişib. Belə gərgin keçid 140 illik tarixində heç vaxt baş verməyib. Bir çox dəyişiklik var, ancaq potensial böyükdür. Bütün bunlar prosesin bir hissəsidir”.
Qeyd edək ki, "Tottenhem" hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 26 xalla 12-ci yerdə qərarlaşıb.



