"Roma" klubu Cakomo Raspadorini heyətinə qatmağa yaxındır.
Offsideplus.az xəbər verir ki, italiyalı futbolçu satınalma bəndi ilə birlikdə icarə əsasında "canavarlar"a qoşulacaq.
Bu barədə Fabritsio Romano məlumat yayıb.
Raspadori ötən ilin yayında "Atletiko"ya qoşulmuşdu. O, Madrid klubunda 14 oyunda cəmi 2 qol vura bilib.



