Kriştianu Ronaldu Səudiyyə Ərəbistanı Pro Liqasında növbəti qolunu vurub. 

Offsideplus.az xəbər verir ki, "Əl İttifaq" - "Əl Nəsr" (2:2) oyununda portuqaliyalı ulduz 67-ci dəqiqədə fərqlənib. 

Bu dəfə Joau Feliksin zərbəsi Ronaldunun kürəyinə dəyib, qol oldu. Yekunda qol Ronaldunun aktivinə yazıldı. 

Bu, Kriştianunun 957-ci karyera qoludur.

Videonu təqdim edirik: