"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Nəriman Axundzadənin komandadan gedişinə icazə verməyib.
Offsideplus.az xəbər verir ki, gənc futbolçu qış "transfer pəncərəsi"ndə ayrılmayacaq.
Onun məsələsinə yayda baxılacaq.
Qeyd edək ki, N. Axundzadəyə xaricdən bir neçə təklif var.
O, cari mövsüm 24 oyunda 7 qol vurub və 3 məhsuldar ötürmə edib.
(Sportlife.az)



