2025-ci il üçün futbol dünyasında ən çox izlənən liqaların reytinqi müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, siyahının zirvəsində İngiltərə Premyer Liqası qərarlaşıb.
Premyer Liqanı İspaniya La Liqası və Almaniya Bundesliqası izləyir.
İtaliyanın Serie A-sı dördüncü, Fransanın Liqa 1-i isə beşinci pillədə yer alıb.
ABŞ-də keçirilən MLS isə altıncı sırada qərarlaşıb.
Cənubi Amerika liqalarından Braziliya A Seriyası yeddinci, Meksika liqası isə səkkizinci olub.
Siyahının son pillələrində Portuqaliya Liqası və Niderland Erediviziyası yer alıb.
Reytinqin formalaşmasında liqaların qlobal tamaşaçı auditoriyası, yayım müqavilələri və izlənmə statistikasının nəticələri əsas götürülüb.




