Dünyaca məşhur futbolçu Kriştianu Ronaldu və nişanlısı Corcina Rodriqes Qırmızı Dənizdə "Ritz-Carlton Reserve" ərazisində yerləşən iki əmlakı satın alıblar.
Offsideplus.az xəbər verir ki, qeyd olunan məlumatlara görə, onların aldığı mülklərin ümumi dəyəri təxminən 8 milyon dollardır.
Bu əmlaklar unikal xüsusiyyətlərə malikdir: ərazi özü şəxsi bir adadır və yalnız qayıq və ya su təyyarəsi vasitəsilə giriş mümkündür. Bu, ailəyə tam gizlilik və eksklüzivlik imkanı yaradır.
Həmin ərazi lüks və rahatlığı ilə tanınır, təbii mənzərələr və müasir infrastrukturla fərqlənir.
Ronaldo və Corcina kimi məşhurlar üçün bu cür yerlər həm şəxsi istirahət, həm də ailə və dostlarla sakit vaxt keçirmək üçün ideal məkan sayılır.



