"Liverpul" klubu ilə problemlər yaşayan Məhəmməd Salah yanvarda komandanı tərk edə bilər.

Offsideplus.az xəbər verir ki, Səudiyyə Ərəbistan klubları onun transferində maraqlıdır.

Ölkənin 4 böyük klubu - "Əl-Nəsr", "Əl-İttihad", "Əl-Əhli" və "Əl-Qadisiya" misirlini heyətinə cəlb etmək istəyir.

Salahın son açıqlamalarından sonra "Liverpul"da qalmağı çətin görünür.

O, dünən oynanılan "İnter"lə oyunda da iştirak etməyib.

Qeyd edək ki, misirli futbolçu 2017-ci ildən Mersisayd klubunda çıxış edir. O, burada 420 oyunda 250 qol vurmağı bacarıb.