“2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının oyunlarını stadionlarda 7 milyon tamaşaçı izləyəcək”.

Offsideplus.az xəbər verir ki, bu barədə FIFA prezidenti Canni İnfantino DÇ-2026-nın Avropa zonası üzrə püşkatma mərasimində deyib.

O, televiziya qarşısında 6 milyard insanın mundialı izləyəcəyini bildirib.

Qeyd edək ki, 2026-cı il iyunun 11-dən iyulun 19-dək davam edəcək. Mundialda ümumilikdə 48 komanda iştirak edəcək.