"Qalatasaray" klubu Nigeriya yığmasında olarkən zədələnən Viktor Osimhenin son durumu barədə açıqlama yayıb.
Offsideplus.az xəbər verir ki, onun sol arxa əzələsində orta dərəcədə gərginlik və qanaxma olduğu bildirilib.
Osimhenin müalicəsinə başlanılıb. Onun 1 həftə istirahət edəcəyi gözlənilir.
Nigeriyalı hücumçunun "Fənərbağça" ilə matçda meydanda olacağı gözlənilir.
Qeyd edək ki, "Fənərbağça" - "Qalatasaray" matçı dekabrın 1-də oynanılacaq.



