Türkiyə yığmasının heyətində dəyişiklik olub.

Offsideplus.az xəbər verir ki, zədəsi olan Kerem Aktürkoğlu, Kaan Ayhan, Abdülkerim Bardakçı və Aral Şimşir, eyni zamanda sarı vərəqə limitini dolduran İsmail Yüksek heyətdən çıxarılıb.

Bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb.

Heyətə "Qalatasaray"ın futbolçusu Ahmed Kutucu dəvət edilib.

Qeyd edək ki, Türkiyə milli komandası sabah İspaniya ilə qarşılaşacaq. Tərəflər arasındakı ilk oyun ispanların 6:0 hesablı qələbəsi ilə başa çatıb.