"Turan Tovuz"un qapıçısı Oleq Baklov Tacikistan milli komamdasına dəvət alıb.

Offsideplus.az xəbər verir ki, onun yığması Asiya Kubokunun seçmə mərhələsi çərçivəsində Şərqi Timorla qarşılaşacaq.

Şərqi Timor - Tacikistan oyunu noyabrın 18-də baş tutacaq.

2024-cü ildən yığmaya dəvət alan O. Baklov indiyədək 5 oyunda Tacikistanın qapısını qoruyub.