"Qarabağ"ın qapıçısı Mateuş Koxalski ilə Almaniyanın "Borussiya" (Dortmund) klubu maraqlanır.

Offsideplus.az "Teleqraf"a istinadən xəbər verir ki, 25 yaşlı çərçivə qoruyucusu bu marağı təkzib etməyib:

“Mediada bu barədə xəbərlər çıxıb. Amma mən bunun doğru, ya da yanlış olduğunu deyə bilməyəcəyəm. Təəssüf ki, bu mövzuda danışa bilməyəcəyəm”.

Qeyd edək ki, Koxalskinin "Qarabağ"la müqaviləsi 2027-ci ilin yayına qədərdir.