"Qızıl Oğlan" mükafatının 2025-ci il üzrə namizədləri açıqlanıb.
Offsideplus.az xəbər verir ki, 25 nəfərlik son namizədlərin siyahısında 6 fransız futbolçu var. Türkiyədən Arda Güler və Kenan Yıldız da siyahıdadır.
Qeyd edək ki, "Tuttosport" nəşri tərəfindən ilin ən yaxşı gənc futbolçusuna təqdim olunan mükafatın son sahibi "Barselona"nın gənc ulduzu Lamin Yamaldır.



