Cənubi Amerika zonası üzrə Dünya çempionatının seçmə mərhələsi başa çatıb.

Offsideplus.az xəbər verir ki, sonuncu - 18-ci turda Boliviya Braziliyanı qəbul edib. Görüş ev sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb. Boliviya 2009-cu ildən bəri ilk dəfə "pentakampeonlar"ı məğlub etməyi bacarıb.

Onlar eyni zamanda 7-ci yeri tutaraq Dünya çempionatına vəsiqə qazanmaq üçün pley-off oyununa çıxmaq şansı əldə edib.

Ekvador da Argentinanı məölub edib. Yeganə qolu sabiq "Fənərbağça"lı Enner Valensiya vurub.

Beləliklə, Argentina, Ekvador, Kolumbiya, Uruqvay, Btaziliya və Paraqvay ilk 6 yeri tutaraq DÇ-2026-ya birbaşa vəsiqə qazanıblar.

Cənubi Amerika zonası seçmə mərhələ - 18-ci tur

Ekvador - Argentina 1:0

Boliviya - Braziliya 1:0

Çili - Uruqvay 0:0

Peru - Paraqvay 0:1

Venesuela - Kolumbiya 3:6