"Sabah"ın UEFA Gənclər Liqasındakı rəqibi məlum olub.
Offsideplus.az xəbər verir ki, "bayquşlar" mübarizəyə ikinci təsnifat mərhələsindən başlayacaq. Rəqib isə Fransanın "Nant" klubu olacaq.
İlk oyun oktyabrın 22-də, cavab matçı isə 2 həftə sonra Bakıda oynanılacaq.
"Sabah" bu mərhələni adlayarsa, növbəti turda “Austriya” (Vyana, Avstriya) - “Makkabi” (Hayfa, İsrail) cütünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, gənclər arasında son Azərbaycan çempionu "Sabah" olduğu üçün onlar bu turnirdə mübarizə aparır.



