Azərbaycan futbolunda daha bir litimin pozulması aşkarlanıb.

Offsideplus.az-ın məlumatına görə, bu dəfə I divizionun VIII turunun “Neftçi-2” – “Səbail-2” görüşündə belə hal yaşanıb.

Turnirin reqlamentinə əsasən, meydanda 2001-ci il və ya daha gənc təvəllüdlü futbolçu olmalıdır. Lakin “Səbail”in ikinci komandası oyunun 90+2-ci dəqiqəsində 2001-ci il təvəllüdlü Ədilxan Qarəhmədovun yerinə meydana 1997-ci il təvəllüdlü Nazim Kərimlini buraxaraq limiti pozub.

Bu səbəbdən AFFA İntizam Komitəsi oyunun nəticəsini ləğv edib və “Səbail”ə 0:3 hesablı texniki məğlubiyyət verib. (