"Çelsi" bu yay Rahim Sterlinqi satmağı düşünür.
Offsideplus.az xəbər verir ki, ingilis futbolçu "Napoli"yə önərilib. Neapol təmsilçinin vinger mövqeyi üçün daha iki namizədi var: Takefusa Kubo və Dan Ndoye.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Sterlinq sonuncu mövsümü icarə əsasında "Arsenal"da keçirib. "Çelsi" bu dəfə onun icarə əsasında yox, birdəfəlik göndərmək istəyir.
Onunla eyni zamanda "Fulhem" də maraqlanır.



