Qırğızıstanın “Abdış-Ata” komandası daha bir azərbaycanlı futbolçunu heyətinə qatıb.

Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, son mövsümünü “Səbail”də keçirmiş yarımmüdafiəçi İlkin Muradovla müqavilə imzalanıb.  

Qeyd edək ki, daha öncə Qırğızıstan klubu “Səbail”in digər futbolçusu Mirabdulla Abbasovu və son mövsümünü “Turan Tovuz”da keçirən Orxan Əliyevi transfer edib.