Viktor Osimhen "Əl-Hilal" klubunun illik 40+5 milyon avroluq məvacib təklifini qəbul etməyib.
Offsideplus.az xəbər verir ki, tərəflər arasına danışıqlar davam edəcək. Səudiyyə Ərəbistan klubu sabah gecəyə kimi bu transferi tamamlamağa çalışacaq. Çünki Klublararası Dünya Çempionatı üçün "transfer pəncərəsi" sabah bağlanacaq.
Bu barədə "L'Equipe" nəşri məlumat yayıb.
"Qalatasaray" da bu transfer danışıqlarını yaxın izləyir. Onlar da mübarizədən tam olaraq çəkilməyib.
Osimhen illik 50 milyon avro maaş tələb edir.