Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev minifutbol üzrə dünya çempionatında qalib gələn Azərbaycan milli komandasının üzvlərini qəbul edib.

Offsideplus.az xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Qeyd edək ki, bu, Azərbaycanın minifutbol üzrə ilk dünya çempionluğudur. Milli komanda bundan əvvəl 2022-ci ildə Avropa çempionatının qalibi olmuşdu.