Portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldu Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubundan ayrılacağını demək olar ki, təsdiqləyib.

Offsideplus.az xəbər verir ki, o, sosial şəbəkədə paylaşdığı “bu fəsil bitdi. Hekayə? Hələ yazılır. Hər kəsə təşəkkürlər” sözlərini qeyd edib. Bir çox şəxs tərəfindən bu, ayrılığın xəbərçisi kimi başa düşülüb.

Ronaldu “Əl-Nəsr”də keçirdiyi müddətdə 105 oyuna çıxıb və 93 qol vurub. O, bu komandada yalnız bir titul – Ərəb Klubları Çempionlar Kubokunu qazanıb.

Ulduz futbolçunun adı artıq yeni klublarla hallanmağa başlayıb. ABŞ-ın MLS liqasında çıxış edən klublar, xüsusilə "Los-Anceles Qalaksi" və "Nyu-York Red Bulls" onunla maraqlanır. Eyni zamanda, Ronaldunun karyerasına başladığı Portuqaliyanın “Sportinq” klubuna qayıtmaq ehtimalı da istisna edilmir.

Xatırladaq ki, FIFA prezidenti Canni İnfantino da Ronaldunun ABŞ-da keçiriləcək yeni formatlı Klublar Dünya Çempionatında iştirak edə biləcəyini açıqlayıb.

Ronaldunun paylaşımını təqdim edirik: