Bu yay "Napoli"dən ayrılacaq olan Viktor Osimhen karyerasını Səudiyyə Ərəbistanda davam etdirəcək.

Offsideplus.az xəbər verir ki, nigeriyalı hücumçu "Əl-Hilal"la razılığa gəlməyə yaxındır.

Bu barədə Fransa mətbuatı məlumat yayıb.

"Əl-Hilal" Osimhenə ilinə 45 milyon avro məvacib ödəyəcək. Onunla 3 illik müqavilə imzalanacaq.

26 yaşlı hücumçu cari mövsümü icarə əsasında "Qalatasaray"da keçirib. O, bütün turnirlərdə 40 oyunda 36 qol vurub.