“InStat”ın təhlilinə əsasən Azərbaycan Premyer Liqasının səkkizinci turunun ən yaxşı oyunçusu məlum olub.
Offsideplus.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, bu, “Qəbələ”nin hücumçusu Stiven Monrozdur.
“Neftçi”yə qarşı keçirilən oyunda fransız futbolçu 1 qol, 1 qol ötürməsi ilə yadda qalıb. Araşdırmalara əsasən, Monroz turun ən yaxşı indeksə malik futbolçusudur.
Qeyd edək ki, "Qəbələ" - "Neftçi" görüşü meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.