Kriştiano Ronaldu Klublararası Dünya Çempionatında iştirak edə bilər.

Offsideplus.az xəbər verir ki, turnirdə iştirak edəcək olan Mərakeşin "Vidad" klubu onu transfer etmək istəyir.

Bu barədə İspaniyanın "MARCA" nəşri məlumat yayıb.

"Vidad" onunla turnir boyunca 1 aylıq müqavilə imzalamağı düşünür.

Onlar çempionatda "Mançester Siti", "Yuventus" və "Əl-Əyn" komandaları ilə birlikdə G qrupunda mübarizə aparacaq.