Meksikanın "Monterrey" klubunun üzvü Serxio Ramos qırmızı vərəqə alıb.

Offsideplus.az xəbər verir ki, ispan futbolçu ölkə çempionatının 12-ci turunda səfərdə "Pumas"la görüşdə cəzalandırılıb.

38 yaşlı müdafiəçi oyunun 90+1-ci dəqiqəsində rəqibə təpik atdığına görə meydançadan qovulub. Bu, onun "Monterey"də ilk qırmızı vərəqəsi olub.

Madrid "Real"ı və İspaniya yığmasının sabiq oyunçusu yeni klubunda 5 matç keçirib, 3 qol vurub.