Kevin De Bröynenin mövsümün sonunda "Mançester Siti" ilə müqaviləsi başa çatacaq.
Offsideplus.az xəbər verir ki, MLS klublarından olan "San Dieqo" futbolçunu yay "transfer pəncərəsi"ndə azad agent kimi heyətinə qatmağa hazırlaşır. Bu barədə "TBR Football" məlumat yayıb.
ABŞ komandasının 33 yaşlı yarımmüdafiəçi ilə razılıq əldə etməyə çox yaxın olduğu qeyd olunub.
Xatırladaq ki, belçikalı ulduz 2024/25 mövsümündə "şəhərlilər"in forması ilə 26 oyuna çıxıb və 3 qola, 6 məhsuldar ötürməyə imza atıb.


