"Sevilya"dan ayrıldıqdan sonra heç bir komanda ilə anlaşmayan Serxio Ramosun yeni klubu bəlli olub.

Offsideplus.az xəbər verir ki, ulduz futbolçu karyerasını Meksika çempionatında davam etdirəcək. Bu barədə "Fichajes" məlumat yayıb.

İspaniyalı oyunçu "Monterri" ilə razılığa gəlib.

Tibbi yoxlanışdan sonra tərəflər arasında rəsmi müqavilə imzalanacaq.

Qeyd edək ki, Ramos Əndəlüs təmsilçisinin heyətində ötən mövsüm meydana çıxdığı 37 oyunda 7 qola, 1 məhsuldar ötürməyə imza atıb.