FİFA-nın İntizam Komitəsi daha bir türk klubuna xalsilmə cəzası verib.

Offsideplus.az xəbər verir ki, "Denizlispor"un aktivindən 6 xal silinib. Bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb. 

Türkiyə III Liqasında mübarizə aparan komandanın 10 xalından geriyə sadəcə 4-ü qaldı.

Qeyd edək ki, bir müddət öncə I Liqada "Yeni Malatyaspor"dan 18, II Liqada "Giresunspor"dan isə 6 xal silinmişdi.