"Radomyak"ın Polşa çempionatında III turdan təxirə salınmış görüşü baş tutub.

Offsideplus.az xəbər verir ki, komanda səfərdə "Slask" ilə üz-üzə gəlib. 

Qonaqlar oyunu "2-1" hesabı ilə qalib başa vurub. Rahil zədə səbəbində meydana çıxa bilməyib.

Qeyd edək ki, "Radomyak" 20 xalla turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.