Futbol üzrə Azərbaycan Premyer Liqasında geridə qalan 7 turdan sonra iki məğlubedilməz komanda qalıb.

Offsideplus.az xəbər verir ki, bunlar son ölkə çempionu Qarabağla cari mövsümün lideri Neftçidir.

Paytaxt klubu keçirdiyi 7 oyundan 6-da qalib gəlib, cəmi 1-də heç-heçə edibsə, bir oyunu təxirə salınmış Ağdam təmsilçisi 5 qələbə, 1 heç-heçəyə malikdi.

Avropanın aparıcı futbol çempionatlarında isə bütövlükdə 15 belə komanda var.

Zalsburg (Avstriya) - 10 oyun, 10 qələbə

PSG (Fransa) - 9 oyun, 9 qələbə

Juventus (İtaliya) - 8 oyun, 8 qələbə

PSV (Hollandiya) - 8 oyun, 8 qələbə

PAOK (Yunanıstan) - 6 oyun, 6 qələbə

Genk (Belçika) - 10 oyun, 8 qələbə, 2 heç-heçə

Manchester City (İngiltərə) - 8 oyun, 6 qələbə, 2 heç-heçə

Liverpool (İngiltərə) - 8 oyun, 6 qələbə, 2 heç-heçə

Chelsea (İngiltərə) - 8 oyun, 6 qələbə, 2 heç-heçə

Borussiya (Dortmund, Almaniya) - 7 oyun, 5 qələbə, 2 heç-heçə

Benfica (Portuqaliya) - 7 oyun, 5 qələbə, 2 heç-heçə

Braga (Portuqaliya) - 7 oyun, 5 qələbə, 2 heç-heçə

Ferentsvaros (Macarıstan) - 10 oyun, 7 qələbə, 3 heç-heçə

Slovan (Slovakiya) - 11 oyun, 8 qələbə, 3 heç-heçə

Atromitos (Yunanıstan) - 6 oyun, 5 qələbə, 1 heç-heçə

 

Sport24.az