"Səbail"in hələ də sabiq futbolçusu Tural Bayramlıya borcunu qaytarmadığını diqqətinizə çatdırmışdıq.

Offsideplus.az xəbər verir ki, AFFA Apellyasiya və Arbitraj Tribunalı bununla bağlı qərar da qəbul edib. Lakin "dənizçilər" "Araz-Naxçıvan"ın üzvünə hansısa ödəniş etməyib. Bakı təmsilçisinin İAM-a müraciət etmək hüququ var. Görəsən, "gəmiçilər" bu addımı atacaq? "Səbail" nə üçün futbolçunun pulunu ödəmir? Suallarımızı klubun Media və Marketinq departamentinin rəhbəri Rəşad Məmmədova ünvanladıq. "Gəmiçilər"in rəsmisi Offsideplus.az-a açıqlamasında bunları söylədi:

"Bizim klub olaraq İAM-a müraciət etmək hüququmuz var. Bununla bağlı ictimaiyyətə məlumat veriləcək. Qaldı ki, ödənişlə bağlı məsələyə, yekun fikrimizdən sonra bu haqda da qərarımızı bildirəcəyik".

İLKİN SULTANLI