“Barselona”nın gənc futbolçusu Mark Qiu klub tarixinin rekorduna imza atıb.
Offsideplus.az xəbər verir ki, o, buna La Liqanın 10-cu turunda “Atletik”lə oyunda nail olub. Mark görüşün 80-ci dəqiqəsində meydana çıxıb və cəmi 20 saniyə sonra qol vurub.
Nəticədə ispaniyalı hücumçu 21-ci əsrdə La Liqada “Barsaelona”nın heyətində debüt matçında fərqlənən ən gənc oyunçu olub - 17 yaş 291 gün.
Qeyd edək ki, Mark İspaniyanın U-17 millisinin də üzvüdür.