Bu gün AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin fövqəladə iclası keçirilib.
Offsideplus.az xəbər verir ki, bu barədə PFL-nin rəsmi saytı məlumat yayıb. Aparılmış müzakirələrdən sonra aşağıdakı qərar qəbul olunub:
2023/2024-cü illər mövsümündən etibarən “Şahdağ Qusar” və “Dinamo” FK II Liqada çıxış etsin.
Həqiqi hərbi xidmət yaşına çatmış futbolçuların “Dinamo” FK-ya cəlb olunması məsələsinin yoxlanılması və yekun qərarın qəbul olunması Peşəkar Futbol Liqasına və AFFA katibliyinə həvalə olunsun.