“Turan Tovuz” klubu Xəyal Nəcəfovu yenidən icarəyə götürüb.

Offsideplus.az xəbər verir ki, 25 yaşlı futbolçu daha 1 il Tovuz təmsilçisinin uğurları üçün çalışacaq.

“Neftçi”yə məxsus olan yarımmüdafiəçi icarə əsasında qarşıdakı mövsümün sonuna kimi Tovuz komandasının şərəfini qoruyacaq.

Son mövsümdə Xəyal Premyer Liqada “Turan Tovuz”un heyətində hamıdan çox – 34 oyunda meydana çıxıb. O, yeni mövsümdə də 10 nömrəli formanı geyinəcək.