İtaliyanın "tuttomercatoweb" saytı Azərbaycan millisi və "Qarabağ"ın futbolçusu Musa Qurbanlı ilə bağlı məqalə yayımlayıb.

Offsideplus.az xəbər verir ki, "Azərbaycan Kvaratsxeliyasının xəyalını qurur. De Byazinin milli komandasının ulduzu Musa Qurbanlı kimdir?" başlıqlı məqalədə 21 yaşlı forvard "Napoli"nin gürcü ulduzu Xviça Kvaratsxeliya ilə müqayisə olunub.

Yazını təqdim edirik:

"Qan, damar, nəslində olan futbol Azərbaycan futbol tarixində öz imzasını qoyub. Göstəricilər, nailiyyətlər və potensialı ilə mUsa Qurbanlı sərhədləri aşa bilər. 21 yaşlı "Qarabağ"ın hücumçusu Qurban Qurbanovun oğlu və Musa Qurbanovun qardaşı oğludur. Bakılı futbolçu "Qarabağ"ı növbəti çempionluğuna doğru aparır və Premyer Liqada 20 qola imza atıb. 

"Bizim Kvaratsxeliyamız"

"Beşiktaş" da daxil olmaqla, Türkiyənin bir neçə klubu futbolçu ilə maraqlanır. Qurbanlı çox böyük liqada oynamasa da, bütün Avropada ən yaxşı bombardirlərdən biridir. 2002-ci ildə Bakıda dünyaya gələn Musanı Azərbaycanın Kvaratsxeliyası olaraq xəyal edirlər. Millinin baş məşqçisi Canni de Byazinin də ümidləri böyükdür. Qurbanlının bəzi İtaliya klublarının da diqqətini çəkdiyi görünür".