Misli Premyer Liqasının XXVI turunda "Zirə" səfərdə "Kəpəz"lə heç-heçə edib.
Offsideplus.az xəbər verir ki, paytaxt təmsilçisinin baş məşqçisi Rəşad Sadıqov oyundan sonra fikirlərini bölüşüb:
"Çox gərgin oyun oldu. Gəncədə "Kəpəz"ə qarşı oyunlar həmişə belədir. Xüsusi maneələrdən biri də meydançanın durumu idi. Çox baxımlı futbolun şahidi ola bilmədik. Birinci hissədə hər iki komandanın hücumları yaranmışdı. Kobud səhvdən qapımızda qol gördük. Dəyişikliklərdən sonra uğuru rəqib qapısında axtarmağa çalışdıq. Sonda yaxşı kombinasiyalı hücumdan sonra penalti qazandıq. Qələbə də qazana bilərdik. Ancaq matçın ədalətli nəticəsi bərabərlik idi".
Qeyd edək ki, "Kəpəz" - "Zirə" matçı 1:1 hesabı ilə yekunlaşıb.