"Növbəti maraqlı oyunlarımızdan biri keçdi. Azarkeşlər üçün də, maraqlı görüş alındı. Təbii ki, qələbə qazanmağa köklənmişdik. Oyunun ümumi mənzərəsi elə idi ki, qələbə qazanacağımıza yaxın kimi görünürdük. Ancaq təəssüflər olsun ki, rəqib qapı istiqamətinə zərbə endirmədi, ancaq iki qol vurdu. "Şamaxı"nın hansısa zərbəsini xatırlamıram. Heç nədən iki qol buraxdıq. Futbolçular böyük sarsıntı yaşasalar da, özlərində güc tapıb, hesabı bərabərləşdirdilər. Qol imkanlarımız var idi, çoxsaylı hücumlarımız oldu, amma fərqlənib, hesabda önə keçə bilmədik. Oyunun gedişatı elə gedirdi ki... Qapımıza zərbə yoxdur, amma iki qol buraxırıq. Belə oyunda məğlub olmağa məhkumsan. Şükürlər olsun ki, belə gedişata baxmayaraq, bir xal qazandıq. Sona qədər apardıqları mübarizəyə görə futbolçularıma təşəkkürümü bildirirəm".
Offsideplus.az xəbər verir ki, bu sözləri "Zirə" klubunun baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 25-ci turunun "Şamaxı" (2:2) ilə görüşündən sonra keçirilmiş mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını cavablandırıb.
Videonu təqdim edirik: