"Turan Tovuz"un futbolçusu Siyanda Xulu Cənubi Afrika Respublikası millisinə dəvət alıb.
Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, millinin kapitanlıq sarğısını da daşıyan müdafiəçi sentyabrın 24-də Syerra Leone, sentyabrın 27-sində isə Botsvanaya qarşı oyunlar üçün yığmaya çağrılıb.
Futbolçunun artıq millinin düşərgəsində olduğu bildirilib.


