Azərbaycan karateçiləri Amerika Birləşmiş Ştatlarının Birmingem şəhərində nüfuzlu Dünya Oyunlarında iştirak edəcək.
Offsideplus.az xəbər verir ki, Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun rəhbərlik etdiyi heyət milli komandanın baş məşqçiləri Qurban Tağıyev (kumite, kişilər), Denis Morozov (kumite, qadınlar), Vahid Ayvazov (kata), eləcə də bu mötəbər yarışa vəsiqə qazanan Asiman Qurbanlı (84+ kq), İrina Zaretska (-68 kq) və Roman Heydərovdan (kata) ibarətdir.
7-17 İyul tarixlərində Dünya Oyunlarının karate yarışları 8-9 İyulda keçiriləcək. Kişi və qadın karateçillər hər birində 8 idmançı olmaqla 10 çəki dərəcəsi, həmçinin kata çıxışlarında mübarizə aparacaq.