Məlumata görə, "Qəbələ" və Polşanın "Krakoviya" klubu "Turan Tovuz"un 16 yaşlı hücumçusu Sadiq Şəfiyevlə maraqlanır.

Məsələni dəqiqləşdirmək üçün Tovuz klubunun mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyevlə əlaqə saxladıq.

Klub rəsmisi Offsideplus.az-a açıqlamasında bunları dedi: "Bizə bu haqda hər hansı bir rəsmi təklif gəlməyib".

Qeyd edək ki, daha əvvəl "Kəpəz" forması da geyinən Şəfiyev Azərbaycan U-17 millisinə də çağırılır.

Cavid Əliyev