Danimarka millisinin və "Milan"ın müdafiəçisi Simon Kyayerin adı İtaliya Futbol Şöhrət Zalına daxil edilib.

Offsideplus.az xəbər verir ki, bu barədə İtaliya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Bildirilib ki, 33 yaşlı futbolçu Avrop Çempionatında  komanda yoldaşı Kristian Eriksenin həyatını xilas etdiyinə görə "Davide Astori" mükafatına layiq görülüb.

 

Xatırladaq ki, Danimarka millisinin futbolçusu Eriksen iyunun 12-si Avro-2020-nin qrup mərhələsində Finlandiya ilə matçda ürəyi dayanmışdı. Oyunçuya ilkin müdaxiləni komanda yoldaşı Simon Kyaer və millinin həkimləri etmişdi.