Premyer Liqanın 19-cu turunda keçirlimiş “Sabah” – “Qarabağ” görüşünün 26-cı dəqiqəsində zədələnərək meydanı tərk edən Toral Bayramovun durumuna aydınlıq gəlib.

Offsideplus.az Ağdam klubunun rəsmi saytına istinadən xəbər verir ki,bu gün aparılmış MRT müayinəsindən sonra 21 yaşlı yarımmüdafiəçinin əzələ toxumalarında xəsarət aşkarlanıb. Müayinəyə əsasən, zədənin ciddi olmadığı müəyyənləşib.

Onun Premyer Liqanın 20-ci turunda "Zirə" ilə keçiriləcək oyunda olması sual altındadır.