“Şaxtyor”un ( Donetsk ) baş məşqçisi Roberto de Zerbi Ukraynanı tərk etmək niyyətində deyil.
Offsideplus.az xəbər verir ki, 42 yaşlı italiyalı çalışdırıcı paytaxt Kiyevdədir. O,bir sıra oyunçulara görə ölkədən ayrılmaq istəmir.
Artıq "Şaxtyor"un brazilaylı futbolçuları Ukraynadan ayrılıb.
Xatırladaq ki, Rusiya ilə münaqişəyə görə Ukrayna Premyer Liqası dayandırlıb. Buna görə də bir sıra əcnəbi futbolçu və mütəxəssislər ölkəni tərk ediblər.