“Sabah” klubu müqavilə müddəti bitən Kevin Kubemba ilə yollarını ayırıb.
Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda futbolçuya xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.
Xatırladaq ki, “Sabah” ondan öncə müqavilə müddəti bitən Məhəmməd Mirzəbəyov, Amadu Diallo və Alvaro Vilyete ilə də yollarını ayırmışdı.


