Portuqaliya millisinin və PSJ klubunun futbolçusu Danilo Pereyra Azərbaycana qarşı oyunla bağlı açıqlama verib.
Offsideplus.az xəbər verir ki, federasiyanın rəsmi saytına anışan 30 yaşlı yarımmüdafiəçi DÇ-2022-nin seçmə mərhələsinin ilk turunda millimizlə görüş barədə bu sözləri deyib:
"Bizi seçmə mərhələdə çox vacib oyun gözləyir. Azərbaycanla qarşılaşma asan olmayacaq. Ümumiyyətlə, indi rahat oyunlar olmur. Qələbə ilə başlamaq önəmlidir. Hədəfimiz 3 xaldır. Yaxşı təşkilatlanmış, əks-hücuma sürətlə keçən, arxa və ön xətdə sabit oynayan kollektivlər var. Toplanışa yeni başlamışıq və düzgün nəticələr çıxarmaq üçün Azərbaycanı yaxşı təhlil edəcəyik".
30 yaşlı oyunçu matçın İtaliyaya salınmasına da toxunub: "Yeni reallıqlara öyrəşməliyik. Turində azarkeşsiz oynamaq, fikrimcə, problem yaratmayacaq. Çünki düşüncə tərzi eyni olacaq və bizə həvalə olunan məsuliyyətdən çəkinməyəcəyik. Bütün gücümüzlə mübarizəyə atılacağıq".
Qeyd edək ki, martın 24-də "Yuventus" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.