"Zenit", "Dinamo", "Trabzonspor", "Jilina"...
..."Sabah"ın əvəzedici komandası, yəni "Sabah-2".
Offsideplus.az xəbər verir ki, Azərbaycan millisinin sevilən futbolçularından olan Ramil Şeydayev bu dəqiqələrdə Birinci Divizionda keçirilən oyunda top dalınca qaçır. Əsas komandada "11-lik"də möhkəmlənə bilməyən hücumçu "ikincilər"ə kömək etməlidir. Belə ki, Ramilin adı "divizion"un 16-cı turunun "Sabah-2" - "Qaradağ Lökbatan" qarşılaşmasının protokolunda yer alıb.
Bununla bağlı çox şey yazmaq, saatlarla danışmaq olar. Lakin əlavə şərhə ehtiyac yoxdur, Azərbaycanda top qovmaq qərarını verən Şeydayevin taleyi bu cür olmamalıydı.