Kevin Kubemba Fransa mətbuatına müsahibə verib.

Offsideplus.az xəbər verir ki, 28 yaşlı fransalı hücumçu Azərbaycanda yaşamağın ona rahat olduğunu söyləyib: "Burda hər cür rahatlığımız var. Komanda yoldaşlarımızla ingiliscə danışırıq, tərcüməçimiz də var. Komandada daha bir fransalı futbolçu Amadu Diallo da çıxış edir. Azərbaycanda havanın hərarəti müsbət 10 dərəcədir. Azərbaycan tam inkişafda olan ölkədir. Burada təbii resurslar çoxdur".

Kubemba zədədən qayıdandan sonra ispaniyalı baş məşqçi Visente Qomezin ona şans verdiyini vurğulayıb. O, daha əvvəl koronavirusa yoluxduğunu da xatırladıb: "Məndə də virus var idi. 7 gün karantində qaldım. Çempionatımız isə davam edir. Hazırda durumumuzu düzəltmək istəyirik".

Qeyd edək ki, 2019-cu ildən "Sabah"da çıxış edən Kevin 2018-19 mövsümündə "Səbail"də çıxış edərək Premyer Liqamızın bürünc medalçısı olub.