"Səbail" klubu yeni transferini açıqlayıb.
Offsideplus.az-ın daha öncədən xəbər verdiyi kimi, "dənizçilər" Ali Sesay ilə mövsümün sonunadək anlaşıb. Bu barədə klubun rəsmi mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, "Zirə" sierra-leoneli futbolçu ilə bir neçə gün öncə yollarını ayırıb. Sesay komandaya ötən ilin yanvarında transfer olunmuşdu. 1 il ərzində "qartallar"ın formasını geyinən oyunçu cəmi 9 matçda iştirak edib.


