"Zirə"nin keçmiş futbolçusu Ali Sesay "Səbail"lə razılığa gəlib.
Offsideplus.az-ın əldə etdiyi eksklüziv məlumata görə, "Səbail" yaxın zamanlarda 26 yaşlı müdafiəçinin keçidini rəsmi olaraq bəyan edəcək. Azərbaycan Premyer Liqasının bir çox klublarından təklif alan Sesayın seçimini "dənizçilər"dən yana etdiyi bildirilir.
Qeyd edək ki, "Zirə" sierra-leoneli futbolçu ilə bir neçə gün öncə yollarını ayırıb. Sesay komandaya ötən ilin yanvarında transfer olunmuşdu. 1 il ərzində "qartallar"ın formasını geyinən oyunçu cəmi 9 matçda iştirak edib.




